Angela Mosiyan: “Mən Bakıya İlham Əliyevin yanına gedəcəyəm” SENSASİON BƏYANAT
Angela Mosiyan: “Mən Bakıya İlham Əliyevin yanına gedəcəyəm” SENSASİON BƏYANAT
24 İyul 2016 / 15:15 / Baxış sayı: 1524
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Mən düşünürəm Bakıya gedim və İlham Əliyevə deyim ki, “Sevinin, çünki artıq sizlik bir iş qalmayıb, Ermənistanda ermənilər öz əsgərlərini özləri məhv edirlər”.

Virtualaz.org bildirir ki, bunu 20 yaşında ölmüş əsgər Suren Mosiyanın anası Angela Mosiyan “Qraparak” qəzetinə müsahibəsində deyib.

Ermənistan KİV-in məlumatına görə, əsgər çox qəribə şəraitdə dünyasını dəyişib.

Onun anası cinayət işinin istintaqının gedişindən narazıdır: “Oğlum altı ay əvvəl ölüb və heç kim mənə cavab verə bilmir ki, o – bir çox xəstəliklərin daşıyıcısı hərbi xidmətə niyə və necə çağırılıb? İstintaq məsələni ört-basdır etmək, günahkarları tapmaq istəmir. Tezliklə, Ermənistanda bütün analar qara geyinməli olacaqlar, çünki bir nəfər də olsun əsgər qalmayacaq, hamısını öldürəcəklər”.

Angela Mosiyan Yerevanda polis idarəsinin binasını hələ də əllərində saxlayan silahlıları da dəstəkləyib: “Burada bu uşqaqlar silahlanaraq mübarizə aparırlar. Tezliklə, erməni xalqı da bu mübarizə yolunu tutacaq”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə