Anar Məmmədov: “Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ÜDM-dən çoxdur”
Anar Məmmədov: “Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ÜDM-dən çoxdur”
09 Noyabr 2016 / 14:54 / Baxış sayı: 652
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ümumdaxili məhsulundan (ÜDM) çoxdur”. “Report” xəbər verir ki, bunu “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyədə keçirilən “Dizayn və İnnovasiya Sammiti”ndə (Design&Innovation Summit) çıxışında bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun ərazisi dünyanın bir sıra dövlətlərinin ərazisindən böyükdür: “Əgər biz “Petkim”i ölkə kimi götürsək, onun ərazisi 12 ölkənin ərazisindən böyükdür. Biz 50-dən artıq məhsul istehsal edirik və 2500-dən artıq müştəri ilə çalışırıq.

Gündəlik elektrik istehlakımız 1 mln. ABŞ dolları civarındadır. Hər gün biz 19 min ton su istehlak edirik. Hər il 3 mln. tondan çox neft-kimya məhsulları istehsal edirik və 500 dən artıq gəmi ilə idxal-ixrac əməliyyatları həyata keçiririk”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə