“Anamı həkimlər öldürdü” -Azərbaycanlı aparıcı
“Anamı həkimlər öldürdü” -Azərbaycanlı aparıcı
16 Noyabr 2016 / 22:24 / Baxış sayı: 1398
Font1 Font2 Font3 Font4
Bizimxeber

Aparıcı Lətafət Ələkbərova ötən gün dünyasını dəyişən anasının ölümündə həkimləri günühlandırıb. 

Aparıcı axşam.az-a açıqlamasında anasının Hepatit B-dən əziyyət çəkdiyini, həkimlərin buna əhəmiyyət vermədən onu əməliyyat etdiyini söyləyib:
“Başqa bir həkimlə danışmışdım, anamı noyabrın 22-də əməliyyat edəcəkdilər. Gözündə mirvari suyu var idi. Analizində Hepatit B çıxmışdı, həkim də demişdi ki, əvvəlcə müalicə olunmalıdır. Məndən xəbərsiz qardaşım və gəlinimizlə gedib həkimə, Hepatit B ola-ola onu dərhal əməliyyata salıblar. Pul xatirinə anama əziyyət veriblər, onu həkimlər öldürdü. Qardaşım, gəlinimiz bilməyiblər.
Bu işi belə qoymayacam. İstəməzdim anamın qəbri açılsın, nəşi üzərində ekspert aparılsın. Amma həkimlərin səhvinə görə Azərbaycanda nə qədər insan ölməlidir? Anama həkimə tək getməsinə imkan verdiyim üçün özümü bağışlaya bilmirəm. Anamın 63 yaşı var idi, sağlam adam idi”.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə