Amerikada it şəhər meri seçildi -FOTO
Amerikada it şəhər meri seçildi -FOTO
23 Avqust 2016 / 18:26 / Baxış sayı: 908
Font1 Font2 Font3 Font4
Bizimxeber

 

Huffington Post xəbər verir ki, Dyuk adlı köpək üçüncü dəfə Minnesota ştatının Kormoront şəhərinin meri seçilib. 

Bizimxeber.az saytı xarici mətbuata istinadən xəbər verir ki, seçkilər hər il keçirilən şəhər festivalı çərçivəsində baş tutub. Səsvermədə iştirak etmək üçün seçicilər adambaşı bir dollar ödəməli olub.

Dyuk demək olar ki, yekdilliklə səsverməni qazandı. Yalnız bir səs onun rəfiqəsi Lessiyə verildi.

Əhalisi cəmi 1039 nəfər təşkil edən şəhərin meri seçilmiş itin şəkli 3 iri reklam lövhəsində müxtəlif yerlərdə vurulub.

Birləşmiş Ştatların siyasi həyatında heyvanların iştirakı ilk dəfə deyil. Daha əvvəl də Lyusi Lu adlı it ABŞ prezidentliyinə namizəd kimi təqdim olunub. Divayd şəhərciyində isə mer vəzifəsi uğrunda yarışan it rəqibi olan canavara qalib gəlib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə