AMEA prezidentini narazı salan nədir?
AMEA prezidentini narazı salan nədir?
21 Sentyabr 2016 / 15:48 / Baxış sayı: 212
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ali məktəblərdə yaradılan “Sabah” qruplarının tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və elmi müəssisələrində təcrübə keçəcəklər. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

Təhsil naziri Mikayıl Cabbarovun onlara bu təkliflə müraciət etdiyini deyən A.Əlizadə qeyd edib ki, Təhsil Nazirliyinin bu təşəbbüsünün reallaşdırılması üçün sərəncam verəcək.

AMEA prezidenti hesab edir ki, “Sabah” qruplarının tələbələrinin institutlarda təcrübə keçməsi gələcəkdə həmin elmi müəssisələrə bu tələbələr arasından kadr seçimi etməyə imkan yaradacaq. A.Əlizadə AMEA-ya daxil olan magistrlərə verilən mövzuların seçimindən də razı qalmadığını söyləyib. O qeyd edib ki, magistrlərə verilən mövzular arasında multidisiplinar mövzular yoxdur. Buna görə də institutlar bunu nəzərə almalıdırlar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə