Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı 10-a çatıb- YENİLƏNİR-VİDEO
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı 10-a çatıb- YENİLƏNİR-VİDEO
26 İyul 2016 / 16:52 / Baxış sayı: 502
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı 10-a çatıb.

Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.

Xəstəxanadan bildirilib ki, yaralılardan birinin vəziyyəti ağırdır.

***16:46

Şirvan şəhər İcra Hakimiyyətindən Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayışla bağlı açıqlama verilib.

İcra başçısının köməkçisi Vasif Əliyev bildirib ki, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bu istiqamətdə operativ araşdırma aparılır.

İcra rəsmisi bildirib ki, partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub. Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb.

Vasif Əliyev, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.

***16:35

Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Əlavə olaraq hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) göndərilib və 3 həkim briqadası hazırda göndərilməkdədir. Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım göstərilir”, – nazirlikdən bildirilib.

***15:46

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən dəhşətli partlayış nəticəsində yaralananlar xəstəxanalara daşınır.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var. Hələlik yaralıların sayı dəqiqləşdirilməyib.

***

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Alov” zavodunda güclü partlayış olub. “Report”un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Rayon sakinlərinin Bizimxeber.az-a verdiyi  məlumata görə, partlayışın təsirindən yaxındakı evlərin pəncərələri dağılıb. Bu dəqiqələrdə daxil olan məlumata görə, hazırda ara-sıra partlayış səsləri hələ də gəlməkdədir.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə