Almatı hava limanında uçuşlar təxirə salındı
Almatı hava limanında uçuşlar təxirə salındı
03 Oktyabr 2016 / 10:42 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qazaxıstanın Almatı beynəlxalq hava limanından 6 istiqamətə uçuş təxirə salınıb.

Qazaxıstan KİV xəbər verir ki, buna səbəb aeroportda civə axıntısı olub.

Məlumata görə, oktyabrın 3-də səhər saatlarında sərnişinlər hava limanından təxliyə ediliblər.

Aeroportun mətbuat xidmətindən bildirilib ki, ümumilikdə 6 uçuş təxirə salınıb. Onlardan 3-ü daxili, 3-ü isə beynəlxaq reysdir: “Almatı-Tbilisi istiqamətinə uçan “Aer Astan” hava şirkətinə məxsus təyyarənin sərnişinlərinin üzərində keçirilən şəxsi yoxlama zamanı bir nəfərdə civə aşkarlanıb. Hava limanının əməkdaşları uçuşun təhlükəsizliyi baxımından ondan mayeni təhvil verməsini istəyiblər. O isə heç bir xəbərdarlıq etmədən həmin mayeni zibil qutusuna atıb, maye axmağa başlayıb. Ona görə də sərnişinlər təxliyə edilib. Hazırda hava limanının iş rejimi bərpa olunub”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə