Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi qeyd ediləcək
Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi qeyd ediləcək
30 Avqust 2016 / 22:34 / Baxış sayı: 684
Font1 Font2 Font3 Font4
Bizimxeber

Prezident İlham Əliyev Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb.

AzərTAc-ın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə