Almaniyada satışa gözyaşardıcı qaz balonu çıxarıldı
Almaniyada  satışa gözyaşardıcı qaz balonu çıxarıldı
24 Avqust 2016 / 15:13 / Baxış sayı: 872
Font1 Font2 Font3 Font4
Bizimxeber

Məşhur alman əczaçılıq şirkəti gözyaşardıcı qaz balonu satmağa başladı. Bizimxeber.az bu barədə The Local nəşrinə istinad edərək xəbər verir.

“Alıcılarımız çox tez-tez sprey soruşurdu. Biz alıcı təlabatını hesablayaraq heyvanlara qarşı nəzərdə tutulmuş müdafiə spreyini öz satış çeşidlərimizə əlavə etdik”,- DM apteklər şirkətinin direktoru Sebastian Bayer bildirdi.

Nəşr “heyvanlardan müdafiə üçün nəzərdə tutulmuş sprey”in şəhərin mərkəzində yerləşən apteklərdə satılmasına diqqət çəkərək əlavə edir ki, bir çox sakinlər spreyi heç də vəhşi heyvan və ya küçə itlərindən qorunmaq üçün almır.

Avropada miqrantlar “qadın ovu”na başlayıblar.

Yeni il gecəsi Köln şəhərində bir qrup miqrantın əhaliyə hücumundan sonra Almaniyada özünümüdafiə vasitələrinə təlabat artıb. Ayrı ayrılıqda “xırda silah” – travmatik tapança daşıya bilmək üçün lisenziya alanların sayı 50% artıb.

Xatırladaq ki, yeni il gecəsi minə yaxın gənc Köln divarının yaxınlığındakı meydana toplaşaraq ordan kiçik qruplar şəklində bölünüb şəhərin müxtəlif yerlərində qadınlara hücum etmişdi.

Şahid ifadələrinə görə xarici görünüşcə afrikalı və ərəbə bənzəyən gənc adamlar adamların çox olduğu yerlərə kustar üsulla hazırlanmış partlayıcılar tullayır sonra isə qadınların əl telefonu və çantalarını götürüb özlərinə də zorakılıq tətbiq edirdi. Oxşar hadisələr digər alman və avropa şəhərlərində də baş vermişdi.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə