Almaniyada partlayış 1 ÖLÜ, 14 YARALI
Almaniyada partlayış 1 ÖLÜ, 14 YARALI
25 İyul 2016 / 10:29 / Baxış sayı: 520
Font1 Font2 Font3 Font4
Bizimxeber

Almaniyanın Bavariya əyalətinin Ansbah şəhərindəki restoranlardan birinin qarşısında törədilən partlayış nəticəsində 1nəfər ölüb, 14 nəfər yaralanıb.

Anadolu agentliyinin məlumatına görə, hadisə yerinə çox sayda polis və xilasedicilər cəlb olunub.

Ansbah şəhər bələdiyyəsinin sədri Carda Seidel jurnalistlərə açıqlamasında hadisəyə ən azı bir partlayıcının səbəb olduğunu söyləyib. Bavariya Daxili İşlər Nazirliyi də bunun bir qəza olmadığını bildirib.

Partlayış törədilən restoranın yaxınında keçirilən musiqi festivalı dərhal dayandırılıb. Festivalda iştirak edən 2 min 500 nəfər ərazidən uzaqlaşdırılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə