Almaniya XİN: ” Tramp dünya üçün təhlükəlidir.”
Almaniya XİN: ” Tramp dünya üçün təhlükəlidir.”
10 Avqust 2016 / 20:23 / Baxış sayı: 750
Font1 Font2 Font3 Font4
Bizimxeber

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampın mübahisəli bəyanatları bütün dünyada birmənalı qarşılanmır və narahatlıq doğurur. Bunu Almaniyanın Xarici İşlər Naziri Frank-Valter Ştanmayerin mətbuat katibi  deyib.

Donald Tramp qadınlar, meksikalılar, müsəlmanlar, müharibə veteranları və s. haqqında bəyanatları ilə çox ciddi mübahisə yaradıb.

Bizimxeber.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə , mətbuat katibi Savsan Şebli Frank-Valter Ştanmayerin  ABŞ seçkiləri barədə susmağa üstünlük verən Almaniyanın kansleri Anqela Merkeldən fərqli olaraq Trampla bağlı təhlükəyə neytral qalmaq istəmədiyini bəyan edib.

Daha əvvəl milli təhlükəsizlik məsələləri ilə bağlı 50 yüksək çinli məmurun, o cümlədən MKİ-nin keçmiş direktorunun Donald Trampı ABŞ prezidenti postu üçün layiq bilmədiyi  və onun “amerika tarixinin ən dəngəsiz prezidenti” olacağını iddia etdiyi bildirilir.
Respublikaçılar partiyasının nümayəndələrinin bəyanatı isə Trampın namizədliyinin inkarı üçün çox kəskin iradlarla zəngindir.

“Trampın prezident olmaq üçün dəyərlərə hörməti, təcrübəsi və xarakteri yoxdur. O azad ölkə lideri imicinə ziyan vurur. Onun baza bilikləri, ABŞ konstitusiyasına inamı, ABŞ qanunları haqqında məlumatı azdır. O cümlədən onun din azadlığı, mətbuat azadlığı və azad məhkəmə barədə də təsəvvürü yanlışdır”, – partiyanın bəyanatında səsləndirilib.
Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə