“Almaniya miqrasiya siyasətinə yenidən baxacaq” -gözlənilən nəticə
“Almaniya miqrasiya siyasətinə yenidən baxacaq” -gözlənilən nəticə
23 İyul 2016 / 14:57 / Baxış sayı: 734
Font1 Font2 Font3 Font4
Bizimxeber

Münhendəki hadisə Almaniya hökumətini miqrasiya siyasətində kardinal dəyişiklik etməyə vadar edəcək. “Qaynarinfo.Az” xarici ətbuata istinadən xəbər verir ki, Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsi sədrinin birinci müavini Frans Klinsevç belə deyib.

“Birinci dəfə deyil ki, sərnişinlərə hücum olunur. Sərniinlərə qarşı ardıcıl olaraq terror edilir. Düşünürəm ki, bu hadisələr Almaniya kansleri Angela Merkeli, ölkə rəhbərliyini  immiqrasiya siyasətində kardinal dəyişikliklər etməyə vadar edəcək” deyə senator bildirib.

Klinsevç əmindir ki, bu hadisələr təsadüfi deyil, təşkil olunmuş xarakter daşıyır. O deyib ki, Almaniyanın da. Ümumilikdə Avropanın da təhlükəsizlik sistemi qanuna tabe olan vətəndaşlara hesablanıb. “İndi isə ölkə başqa dəyərlər sistemi ilə üzləşib. Avropanın və Almaniyanın hüquq müdafiə orqanları miqrantlara nəzarət etməyə qadir deyillər və onlar özlərinin tamamilə bacarıqsızlıqlarını etiraf etməlidirlər”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə