Almaniya İranı İsrail dövlətini tanımağa çağırdı
Almaniya İranı İsrail dövlətini tanımağa çağırdı
31 Avqust 2016 / 14:17 / Baxış sayı: 448
Font1 Font2 Font3 Font4
Bizimxeber

Almaniya hökuməti İrandan İsrailin mövcudluğunu tanımasını istəyib. “News.com” xbər verir ki, bu haqda Almaniya hökumətinin İrana xüsusi müraciətində vurğulanıb. Müraciətdə bildirilib ki, İslam Respublikası İsraili dövlət kimi tanımayanadək Tehran Berlinlə münasibətlərin normallaşmasına ümid bəsləyə bilməz.

Qeyd edək ki, İranın atom-nüvə probleminə dair Vyanda razılaşmasından sonra Almaniya kanslerinin müavini Ziqmar Qabrielin başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər etmişdi. Həmin vaxt Z.Qabriel İsraillə münasibətlərinin bərpası üçün İrana Almaniyanın vasitəçiliyini təklif edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə