“Allah dedi ki, bir də söyüş söysən…” – Prezidentdən absurd açıqlama
“Allah dedi ki, bir də söyüş söysən…” – Prezidentdən absurd açıqlama
28 Oktyabr 2016 / 17:15 / Baxış sayı: 1424
Font1 Font2 Font3 Font4
Bizimxeber

Filippin prezidenti maraqlı açıqlaması ilə yenidən mətbuatın gündəmindədir.

Rodriqo Duterte bundan sonra söyüş söyməyəcəyi ilə bağlı Allaha söz verdiyini deyib.

Prezident bildirib ki, Yaponiyadan geri qayıdarkən təyyarədən səmaya baxıb, hər kəs yatarkən birdən səs eşidib. Qeybdən gələn səs ona “Əgər sən söyüş söyməyə son qoymasan, elə edəcəm ki, bu təyyarə düşsün” deyib.

Prezident həmin səsdən kim olduğunu soruşduqda isə səs ona guya “Əlbəttə, Allaham” deyə cavab verib. Duterte verdiyi sözə əməl edəcəyini qeyd edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə