Alina Kabayeva iki uşağı ilə birlikdə ilk dəfə görüntüləndi
Alina Kabayeva iki uşağı ilə birlikdə ilk dəfə görüntüləndi
03 Oktyabr 2016 / 11:31 / Baxış sayı: 966
Font1 Font2 Font3 Font4
Bizimxeber

Məşhur Britaniya nəşri “Daily Mail” rusiyalı keçmiş gimnast, hazırda Dövlət Dumasının deputatı və ölkənin ən iri nəşriyyat evlərindən birinin əsas səhmdarı Alina Kabayevanın iki uşağı ilə fotoşəklini yayımlayıb.

Virtualaz.org mənbəyə istinadən bildirir ki, foto Moskvanın “Meqasport” idman sarayında Aleksey Nemovun şousu zamanı çəkilib.

Bildirildiyinə görə, Kabayevanın sağ əlinin adsız barmağında nişan üzüyü də olub. Onun əlini kameralardan gizlətməyə çalışması diqqətdən yayınmayıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə