Alim Qasımov xanımı və nəvəsi ilə – VİDEO
Alim Qasımov xanımı və nəvəsi ilə – VİDEO
30 Oktyabr 2016 / 18:20 / Baxış sayı: 1584
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xalq artisti Alim Qasımov 3 yaşlı nəvəsindən danışıb. 

Muğam ifaçısı ARB TV-nin “Gəlin danışaq” verilişində Alimin oxumağı çox sevdiyini deyib:
“Nəvəm də oxumağa başlayacaq. İkinci Alim Qasımovdur. Harada mikrofon görür, götürür. Konsertlərə görə nəvələrimlə yaxşı ünsiyyət qura bilmirəm, yadlaşmışam. Onun mənim sənətimi davam etdirib-etdirməməsinə gəldikdə isə… Əgər pis oxuyacaqsa, heç davamçım olmasın. Bizdə hamı Fərqanə (qızı, əməkdar artist Fərqanə Qasımova – red.) kimi ola bilməz axı”.
A.Qasımov ailə üzvlərinin onun sənətinə münasibətindən söz açıb: “Çoxu tənqidşünasdır, jürilik edirlər (gülür). Gəlinim, oğlum, elə yoldaşımın özü münsifdir. İşimiz çox çətindir, hər şeyi asan bəyənmirlər. Onların məsləhətlərini dinləyirəm. Bizi ailəmiz tənqid edə bilər. Yad çəkinər ki, birdən inciyərik”.
Bizimxeber.az
 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə