Ali Məhkəmə ANS-in şikayətini təmin etmədi
Ali Məhkəmə ANS-in şikayətini təmin etmədi
21 Sentyabr 2016 / 15:38 / Baxış sayı: 388
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabrın 21-də Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses keçirlib.

Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in vəkillləri Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasını xahiş ediblər. “ANS Müstəqil Yayım və Media” Şirkətinin prezidenti Vahid Mustafayev və vitse-prezidenti Mirşahin Ağayev də çıxışlarında vəkillərlə şərik olublar. Milli Televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Toğrul Məmmədov isə ANS-in kassasiya şikayətinin təmin olunmamasını istəyib.

Məhkəmə heyəti müşavirədən sonra qərarı elan edib. Məhkəmənin qərarına əsasən, ANS-in şikayəti təmin edilməyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə