Al Jazeera kanalının əməkdaşları Venesueladan qovuldu
Al Jazeera kanalının əməkdaşları Venesueladan qovuldu
30 Avqust 2016 / 16:49 / Baxış sayı: 690
Font1 Font2 Font3 Font4
Bizimxeber

Venesuela hökuməti Al Jazeera telekanalının çəkiliş qrupunu Kolumbiyaya deportasiya edəcək. 

Bizimxeber.az Frans Press agentliyinə istinadən məlumat verir ki, bu həftə ölkə prezidenti Nikolas Maduroya qarşı müxalifətçilər piket keçirəcək. Al Jazeera kanalının çəkiliş qrupu gözlənilən tədbiri işıqlandırmaq üçün Argentinadan gəlmişdi. 

“AL Jazeeranın çəkiliş qrupu Mayketida yaxalanıb. İqtidar onları ilk reyslə Boqotaya yola salmaq istəyir”,-  jurnalist həmkarlaq ittifaqının Twitter mikrobloqunda yazılıb.

Al Jazeera telekanalı heç bir  rəsmi reaksiya verməyib.

Bizimxeber.az 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə