Aktyorun səhhətində nə problem var?
Aktyorun səhhətində nə problem var?
09 Noyabr 2016 / 22:40 / Baxış sayı: 322
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fuad Poladov  bu gün Bakının özəl xəstəxanalarından birində olub. Xalq artistinin səhhətində  problem yarandığını düşünsək də aktyor fərqli cavab verib.

Xəstəxananın F.Poladovu müayinə edən həkimi sosial şəbəkədə aktyorla birlikdə fotosunu paylaşaraq bunları yazıb: “Bu gün bayram günü olmasına baxmayaraq biz işləyirik. Günümə sevinc qatan qonağım Fuad Poladov oldu. Şükürlər artıq hər şey geridə qaldı. Allah şəfa versin”.

F. Poladov isə  açıqlamasında səhhətində hər hansı problem yaranmadığını bildirib: “Səhhətimlə bağlı heç bir problemim yoxdur. Yanına getdiyim həkim mənim tanışımdır. Sadəcə söhbət eləmək istəyirdik”.

Həkim isə  Fuad Poladovun xəstəxanaya müraciət etməsinin tamam başqa məsələlərlə bağlı olduğunu deyib. Onun sözlərinə görə, aktyor həyat yoldaşının səhhətində yaranmış problemlə bağlı müraciət edib: “Fuad bəy xəstəxanaya həyat yoldaşını gətirmişdi. Gəldilər, müayinə etdik və getdilər”.

Qeyd edək ki, Fuad Poladov ötən ay Akademik Milli Dram Teatrından ayrılıb. O, işdən qovulan aktyor Hikmət Rəhimova qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq belə bir addım atdığını deyib. Onun “Azdrama”dan gedişi böyük ajiotaja səbəb olub.F. Poladov “Azdrama”dakı son tamaşasında anşlaqla yola salınıb.\BakuPost\

 

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə