AKP-li siyasətçi öldürüldü
AKP-li siyasətçi öldürüldü
14 Sentyabr 2016 / 18:09 / Baxış sayı: 312
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin Hakkari əyalətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli aparıcı fiqurlarından Ahmet Budak yaşadığı evin qarşısında aldığı güllə yarasından xəstəxanada ölüb.

Türkiyə KİV-i xəbər verir ki, o bu gün səhər saatlarında əyalətin Şemdinli rayonunda güllələnərək yaralanmışdı.

Məlumata görə, Şemdinli dövlət xəstəxanasında həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbərdə bildirilib ki, A.Budak 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərində Hakkaridən millət vəkilliyinə 1 saylı namizəd olub.(“Report”)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə