Əsas menu

Akif Nağının təşkilatı müharibə tələb edir – İmza toplanılır 

Qarabağ Azadlıq Təşkilatının (QAT) İdarə heyətinin iclasında hazırkı vəziyyətə dair məsələlər müzakirə olunub, bir sıra məsələlərə dair qərarlar qəbul edilib. Öömürlük məhbuslar və girovlarla bağlı fikir mübadiləsi edilib, müəyyən faktlarla bağlı məlumat verilib.

Mitinq və Beynəlxalq Qarabağ Forumunun keçirilməsi ilə bağlı təşkilatın mövqeyi formalaşdırılb. Vyana görüşü və digər aktual məsələlərə münasibət bildirilib.

İdarə heyətinin qəbul etdiyi digər qərarda göstərilir ki, Azərbaycan qanunlarına uyğun olaraq, Dağlıq Qarabağ danışıqlarının dayandırılması və torpaqlarımızın işğaldan azdad edilməsi üçün hərbi əməliyyatların başlanması tələbi ilə 40 min və daha çox imzanın toplanmasına başlanılsın və Milli Məclisə təqdim olunsun, eyni zamanda Azərbaycan prezidenti və Ali baş komandana müharibənin başlanması tələbi ilə petisyanın kütləvi şəkildə imzalanmasına start verilsin.  İcalsdan sonra canlı yayında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş ictimai dinləmələr keçirilib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*