Akif Çovdarovla birgə bütün MTN generalları xüsusi nəzarətdə – İntihar siqnalı
Akif Çovdarovla birgə bütün MTN generalları xüsusi nəzarətdə – İntihar siqnalı
13 Avqust 2016 / 12:55 / Baxış sayı: 1578
Font1 Font2 Font3 Font4
Bizimxeber
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan yüksək rütbəli sabiq əməkdaşları Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında nəzarətə götürülüblər.
Bizimxeber.az Trend-ə istinadən xəbər verir ki, bir neçə gün öncə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 1 saylı Bakı İstintaq Təcridxanasında intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlardan sonra həbsdə olan sabiq MTN əməkdaşları ciddi nəzarətə götürülüblər.
Mənbə verdiyi məlumatda bildirilir ki, A.Çovdarovun intihar xəbərindən sonra təcridxanada olan bütün MTN əməkdaşlarına ayrılıqda nəzarət edilir, kameralara xüsusi nəzarətçilər təyin edib. Nəzarətçilər kameranın qarşısında növbə ilə dayanmaqla özlərinə xəsarət yetirməmələri üçün təqsirləndirilən şəxsləri izləyirlər.
Mənbə qeyd edir ki, hazırda həbsdə olan generallar – Subahir Qurbanov, Akif Çovdarov, Elçin Quliyev, polkovniklər – Akif Əliyev, Səlim Məmmədov, Vüsal Ələkbərov, Orxan Osmanov və digərlərinin saxlanıldığı kameralara təhkim olunan təcridxana əməkdaşları tərəfindən mütəmadi baxış keçirilir.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə