Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Akif Çovdarov və digər MTN generalları Ali Məhkəməyə müraciət etdi

830 oxunma | Tarix: | 1 həftə öncə

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları – Akif Çovdarov, Teymur Quliyev, Elçin Quliyev və Sübahir Qurbanov yenidən Ali Məhkəməyə müraciət ediblər. 

APA-nın xəbərinə görə, generallar ayrı-ayrılıqda kassasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. A. Çovdarovun şikayəti hakim Əziz Seyidovun icraatına verilib və məhkəmə iclası noyabrın 21-nə təyin edilib. T. Quliyev və S. Qurbanovun şikayətləri hakim İlqar Qılıcovun icraatına verilib. Hələlik onların məhkəməsinin vaxtı təyin edilməyib.

XƏBƏRLƏR:  Qüdrət Qurbanov "Monte Karlo"da milyonları qumarda uduzdu, oğlu isə... - İTTİHAM

Digər general E. Quliyevin şikayəti hakim Fərhad Əliyevin icraatına verilib. Onun məhkəməsinin də vaxtı hələlik məlum deyil. Qeyd edək ki, A. Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A. Çovdarov 12 il, S. Qurbanov 14 il, T. Quliyev 12 il, E. Quliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə onların general rütbəsindən mərhum edilməsi ilə bağlı Azərbaycan Prezidentinə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilib.

XƏBƏRLƏR:  Ukraynada konfrans...

Bakı Apelyasiya Məhkəməsində onların şikayətləri təmin edilməyib. Daha sonra generallar bir neçə dəfə kassasiya şikayətləri verib, onları sonradan geri götürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir