Akif Çovdarov məhkəməyə oksigen balonu ilə gətirildi
Akif Çovdarov məhkəməyə oksigen balonu ilə gətirildi
28 Noyabr 2016 / 14:34 / Baxış sayı: 920
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi proses saat 11:00-a təyin edilsə də adəti üzrə 1 saat gec başlayıb.Məhkəmədə Akif Çovdafovun vəkili Şahin Rəfiyev vəsatətlə çıxış edib. O, Çovdarovun səhhətinin ağır olduğunu və bunun üçün ekspertiza təyin edilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb.Məhkəmə prosesi zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə davam etdirilir.Şahmar Qurbanov qızıl-brilyant satışı ilə məşğul olub. O, Akif Çovdarov tərəfindən hədə-qorxu gəlinərək 500 min dollar nağd pulunun və 380 min dollar dəyərində brilyantının alındığını deyir. Akif Çovdarov deyilənləri qəbul etmir.İttihama görə, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərəraçəkmiş var.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbs qoyulub.(Teleqraf.com)***Akif Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə bildirib ki, prosüesdə şahid qismində Taryel Əliyev dindirilib.O, zərərəçəkmiş Şahmar Qurbanovun ondan 10 min manat pul aldığını, pulu qaytarmadığını deyib.Hazırda proses davam edir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə