Akif Çovdarov aclığı dayandırdı – Prokurorluqla razılaşdı
Akif Çovdarov aclığı dayandırdı – Prokurorluqla razılaşdı
20 Sentyabr 2016 / 16:08 / Baxış sayı: 270
Font1 Font2 Font3 Font4
Bizimxeber

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov ötən aydan bəri davam edən aclıq aksiyasını dayandırıb.

Bu barədə A.Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib. Vəkil bildirib ki, müvəkkili ötən həftənin əvvəlində prokurorluq əməkdaşları ilə görüşdən sonra bu barədə qərara gəlib. Belə ki, A.Çovdarov cinayət işi tanış ola bilmədiyi üçün aclıq aksiyasına başladığını, prokurorluq əməkdaşları ilə görüşdə isə buna şərait yaradılacağı barədə vəd verildiyi üçün aclığı dayandırdığını bildirib.

K.Nəsibovun sözlərinə görə, bununla belə, Çovdarova hələ də cinayət işi tanış olmaq üçün şərait yaradılmayıb: “Akif Çovdarov cinayət işinin 29 tomu ilə tanış ola bilməyib. Məhkəmə başlayandan sonra da yəqin ki, proses təxirə salınacaq. Çünki təqsirləndirilən tərəfə cinayət işinin materialları ilə tanış olmağa vaxt verilməlidir”.

Vəkil bu gün başlayan prosesdə niyə iştirak etməklərinin də səbəblərini açıqlayıb. O deyib ki, məhkəmənin başlaması ilə bağlı nə onlara, nə də Akif Çovdarova rəsmi bildiriş getməyib. Bu səbəbdən də A.Çovdarovla müqavilə bağlaya bilməyiblər: “Bizim onu müdafiə etmək üçün orderimiz yoxdur. Çünki məhkəmənin başlaması barədə rəsmi bildiriş almamışıq. Bu gündən sonra Akif Çovdarova məhkəmə ilə bağlı məlumat veriləcək və yəqin ki, onun yaxınları, qohumları vəkillərlə müqavilə bağlayacaq”.(lent.az)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə