Akif Çavdoravun “Akula”sı Dubayda cah-cəlal içində yaşayır
Akif Çavdoravun “Akula”sı Dubayda cah-cəlal içində yaşayır
22 Sentyabr 2016 / 17:59 / Baxış sayı: 1494
Font1 Font2 Font3 Font4
Bizimxeber

Akif Çovdarovun “akula”sı Polad Qəbulov haqqında aşkarlanmış yeni faktlar haqqında material yayımlanmışdı. Bizimxeber.az comments.az-a istinadən xəbər verir ki, “akula Polad”ın-Qəbulov Polad Həsən oğlunun işi biznesmenlərin etimadını qazanaraq, onların qohumları haqda lazımi materialların toplanması, kompaniyanın maliyyə sənədlərinə əlçatanlıq imkanı əldə etmək, sonra o materialları həmin vətəndaşlara təzyiq üçün MTN əməkdaşlarına təqdim etməkdən ibarət olub.  

Biz sözügedən cinayətin Yasamal rayon polis idarəsində aparılan istintaq barədə yenilikləri izləməkdə davam edirik.

Polad Qəbulovun işi ilə bağlı aparılan istintaq araşdırması zamanı yeni faktlar oryata çıxıb. Qəbulovun telefon zəngləri araşdırılıb və məlum olub ki, MTN əməkdaşlarının “Altes Group”un rəhbəri Rüstəm Abdullayevin evinə Polad Qəbulovun iltimatumu ilə soxulduğu gecə, Qəbulov MTN generalı Akif Çovdarovla 9 dəfə telefonla danışıb.

İstintaq aşkar edib ki, Polad Qəbulovun ortağı 8-ci kilometr bazarının sahibi olan Elşən adlı bir nəfər olub. Elşən bu bazarı, onun həqiqi sahibi olan iki Cəlilabadlı qardaşın əlindən keçmiş MTN-nin rəhbərliyi ilə hədə və şantaj yolu ilə alıb. 8-ci kilometrdəki bazarla bağlı bu epizod Akif Çovdarovun bu günlərdə məhkəməyə təqdim edilmiş cinayət işində qeyd olunub.

Araşdırmalar göstərib ki, MTN-in adamları Rüstəm Abdullayevin evinə basqın edən gecə Polad Qəbulov, Elşən və Akif Çovdarov telefonla əlaqədə olublar. Hal-hazırda Polad Qəbulov Dubayda gizlənir. Onun aralarında Azərbaycanın yüksək çinli məmurları olan ortaqları onun Dubayda guya Heydər Əliyev fondunun nümayəndəsi olduğu barədə məlumatlar yayırlar.

Bütün mümkün vasitələrlə, həmçinin yüksək imtiyazlı şəxslərinin adları arxasında gizlənərək, Polad Qəbulov Birləşmiş Ərəb Əmirliklərindəki cəh-cəlallı villasında qanundan gizlənir. Lakin istintaq yüksək sürətlə irəliləyir və inanırıq ki, tezliklə Polad Qəbulov və cibini vətəndaşlarımızın bədbəxtliyi və qanı hesabına dolduran başqaları, üzə çıxarılıb, Azərbaycana ekstradisiya olunacaq. “Akula” Polad kimi cəmiyyət tullantıları cəmiyyətdən təcrid olunmalıdır. Amma öz villasında yox, haqq etdikləri yerdə-həbsxanada, türmə divarları arasında olmalıdır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə