Aİ Türkiyədə dövlət çevrilişi cəhdinin müzakirəsinə başladı
Aİ Türkiyədə dövlət çevrilişi cəhdinin müzakirəsinə başladı
17 Avqust 2016 / 13:20 / Baxış sayı: 496
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avropa İttifaqının (Aİ) Təhlükəsizlik siyasəti komitəsində Türkiyədə dövlət çevrilişinə cəhd məsələsinin müzakirəsi başlayıb.

“Report” NTV telekanalına istinadən xəbər verir ki, komitənin Türkiyənin Rusiya ilə yaxınlaşma prosesini də ayrıca müzakirə edəcəyi gözlənilir.

Xəbərdə bildirilib ki, Aİ-yə üzv dövlətlərin Fətullahçı Terror Təşkilatına (FETÖ) münasibəti, Türkiyənin xarici silahlılara qarşı mübarizəsi mövzusu və Suriyadakı vəziyyət də dəyərləndiriləcək.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd nəticəsində 246 nəfər şəhid olub, 2 000-dən çox insan yaralanıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə