Ağsuda müəllim evindən ölü tapıldı
Ağsuda müəllim evindən ölü tapıldı
08 Noyabr 2016 / 15:54 / Baxış sayı: 844
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ağsu rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Qəşəd kəndində qeydə alınıb. Kənd sakini, 1950-ci il təvəllüdlü Abdulhüseynov Oqtay Abduləli oğlu yaşadığı evin hamamında kustar üsulla quraşdırılan su qızdırıcısından içəri daxil olan dəm qazından boğulub.

Ailə üzvləri hadisədən gec xəbər tutublar və 66 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Oqtay Abdulhüseynov Qəşəd kənd orta məktəbinin müəllimi olub.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  (APA)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə