“Ağlatmayan” soğan yetişdirdilər
“Ağlatmayan” soğan yetişdirdilər
09 Avqust 2016 / 11:33 / Baxış sayı: 706
Font1 Font2 Font3 Font4
Bizimxeber

Yaponiyanın qida ekspertləri aşpazların gündəlik problemlərindən birinin həll yolunu tapıblar. Belə ki, mütəxəssislər yeni, gözün selikli qişasını qıcıqlandırmayan soğan növü yetişdiriblər.

Alimlərin sözlərinə görə soğan doğrayarkən göz yaşına səbəb onun bu proses zamanı üst qabığının dağılmasıdır ki, bunun nəticəsində havaya kükürdlü qaz nüfuz edir. Bu halda gözün selikli qişası qıcıqlanır və bu, gözyaşı əmələ gətirir. Tərkibində kükürdün minimal miqdara endirildiyi soğanın bu növünə “Gülən şar” adı verilib. Bu tərəvəzin yetişdirilməsi istiqamətində alimlərin 20 il iş apardıqları bildirilir.

Tamına görə armudla almanın qarışığını xatırladan soğanın bu növü dairəvi formada və qoxusuzdur. Mütəxəssislər soğanın bu növünün salatların əvəzsiz tərəvəzi olacağına inanırlar.

“Gülən şar”ın artıq bu ilin payızından etibarən yapon bazarlarında satışa çıxarılacağı bildirilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə