Ağdaşda ŞOK: 45 yaşlı kişinin qulağını kəsdilər
Ağdaşda ŞOK: 45 yaşlı kişinin qulağını kəsdilər
10 Sentyabr 2016 / 13:10 / Baxış sayı: 902
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ağdaş rayon sakinləri arasında baş vermiş mübahisə qan tökülməsi ilə nəticələnib. Hadisə rayonun Kotanarx kəndində qeydə alınıb. 

Kənd sakini, 1969-cu il təvəllüdlü Qocayev Qəzənfər İmran oğlu şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı həmkəndlisi, 1971-ci il təvəllüdlü Allahverdiyev Musa Ələsgər oğlunun qulağını bıçaqla kəsərək ona xəsarət yetirib.

M. Allahverdiyev Ağdaş rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə