Ağdam, Bərdə və Tərtərdə də güclü qasırğa olub
Ağdam, Bərdə və Tərtərdə də güclü qasırğa olub
28 Avqust 2016 / 11:24 / Baxış sayı: 606
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gecə Ağdam, Bərdə və Tərtər rayonlarında qasırğa ciddi fəsadlar törədib.

APA-nın xəbərinə görə, ötən gecə yağışla müşahidə olunan güclü külək Ağdam, Bərdə və Tərtər rayonlarında ağacları kökündən qopararaq elektrik naqillərinin üzərinə salıb.

Bu səbəbdən həmin rayonların bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Ağdam rayon Fövqəladə Hallar Komissiyasının sədri Zülfü Qasımov sayta açıqlamasında bildirib ki, hələlik Çəmənli və İmamqulubəyli kəndlərindən tikililərə zərər dəyməsi barədə məlumat daxil olub: “Yaşayış məntəqələrinin çoxunda elektrik enerjisinin verilməsi bərpa olub. 6 kənddə bərpa işləri aparılır. Qırılan ağaclar kənara daşıyaraq həm yolların açılmasını, həm də elektrik naqillərinin bərpasını təmin edirik.”

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə