Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Ağcabədidə ad günündə baş vermiş qətlin TƏFƏRRÜATI

1810 oxunma | Tarix: | 1 həftə öncə

Ağcabədi Rayon Prokurorluğu dostunu ad günündə qətlə yetirən şəxslə bağlı məlumat yayıb.  Ağcabədi sakini 1988-ci il təvəllüdlü Cavid Quliyev noyabrın 7-si saat 17 radələrində dostu və qonşusu, 1974-cü il təvəllüdlü Kərim Sultanovun evində təşkil etdiyi doğum günü məclisinə gedib. Ziyafətdə olarkən dostlar arasında mübahisə yaranıb, Kərim Cavidi ağır söyüşlərlə təhqir edib.

C.Quliyev yaxınlıqda yerləşən öz evinə gedərək həyətdən qayçını götürüb və geri qayıdıb. Küçədə Kərimlə rastlaşıb və oradaca onun sinəsindən qayçı ilə bir zərbə vurub.

XƏBƏRLƏR:  "yol terroru": 9 ölü, 7 yaralı

Nəticədə, K.Sultanovun ürəyi zədələnib. Xəstəxanaya yerləşdirilsə də, əməliyyat zamanı vəfat edib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, C.Quliyev şübhəli şəxs qismində tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir