Ağ ev Türkiyədə yeni terror aktlarını pisləyib
Ağ ev Türkiyədə yeni terror aktlarını pisləyib
10 Oktyabr 2016 / 10:04 / Baxış sayı: 722
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ağ ev Türkiyədə baş vermiş yeni terror aktlarını pisləyir. Bunu Ağ evin milli təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays deyib.

“ABŞ bugünki Türkiyənin cənub-şərqində nəzarət-buraxılış məntəqəsinə hücumu qətiyyətlə pisləyir. Hücum nəticəsində çox insan həlak olub və yaralanıb, həmçinin mülki şəxslər. Biz cümə axşamı İstanbulda polis məntəqəsinin yaxınlığında bomba və motosiklet istifadə etməklə hücumuda pisləyirik”, – Prays deyib.

O xatırladıb ki, PKK polis məntəqəsinə hücuma görə məsuliyyəti üzərinə götürüb. Onun sözlərinə görə, ABŞ PKK tərəfindən törədilən zorakılıqdan narahatdır və həlak olanların ailələrinə başsağlığı verir. Ned Prays sonda qeyd edib ki, Vaşinqton terrorla mübarizədə Türkiyəyə dəstəyini davam etdirəcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə