Aeroportda külli miqdarda aksizsiz siqaret aşkarlanıb
Aeroportda külli miqdarda aksizsiz siqaret aşkarlanıb
30 Avqust 2016 / 16:05 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanılaraq onun əl yükünə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, malların yoxlanılması zamanı vətəndaşa məxsus dörd ədəd sellofan paketdən Azərbaycanın aksiz markası ilə markalanmayan 10.000 ədəd “Kent Nanotek” və 4000 ədəd “Marlboro Edge” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə