Aeroport yolunda DƏHŞƏTLİ QƏZA:8 maşın toqquşdu
Aeroport yolunda DƏHŞƏTLİ QƏZA:8 maşın toqquşdu
23 Avqust 2016 / 10:19 / Baxış sayı: 736
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.

Keçmiş “Komsomol” dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.

Körpünün girişində “Mercedes” və “Mitsubishi” markalı avtomobillər, üstündə isə iki “Mercedes” markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç “Mercedes” və bir “Volkswagen” markalı avtomobillər bir-birinə çırpılıb.

Ölən və ya xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Yolda qısamüddətli tıxac yaranıb.

Hazırda ərazidə araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə