Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Adnan Oktardan qalmaqallı açıqlama: “Bütün qadınlara aşiqəm, amma…”

1912 oxunma | Tarix: | 2 ay öncə
 “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın məhkəməsi davam edir. “Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, A.Oktar məhkəmədə haqqındakı təcavüz, qadınları istismar etmək kimi ittihamlara qeyri-adi cavab verib: “Mən bütün qadınlara aşiqəm, amma bu Allah sevgisidir, seks mənasında deyil. Onlara qarşı şəfqət bəsləyirəm, qadınlara qarşı son dərəcə hörmətli və mühafizəkaram. Onlara olan hörmətimi hamı bilir”.

İclasa verilən qısa fasiələrdə A.Oktar şübhəli qismində saxlanılmış “kedicik”lərinə gülərək “Çox gözəlsiniz, maşallah” deyib. Qadınlar isə “Maşallah sizə” deyərək onu alqışlayıblar.

XƏBƏRLƏR:  Kardaşyanın əri ABŞ prezidenti olmaq istəyir

Xatırladaq ki, Dini təriqət lideri olan Adnan Oktar sahibi olduğu kanalda “Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb. Ona qarşı 24 ayrı cinayət maddəsi əsasında ittiham irəli sürülüb. Onun 420 ildən 871 ilədək həbsi istənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir