Adını ölülər siyahısında görən qəhrəman – Video
Adını ölülər siyahısında görən qəhrəman – Video
10 Avqust 2016 / 9:04 / Baxış sayı: 1768
Font1 Font2 Font3 Font4
Bizimxeber

Əslən Biləsuvardan olan və hazırda Neftçala şəhərində yaşayan 94 yaşlı Əlixan Əliş oğlu Əliyev bu illərdə həyatın bütün ağrı-acılarının şahidi olub.

Bizimxeber.az  Region TV-yə istinadən xəbər verir ki, xüsusilə II dünya müharibəsində başına gələn hadisələr hər kəsi heyrətləndirib.

Belə ki, 1942-ci ildə müharibəyə yollanan Əlixan Əliyev bir çox yaşayış məntəqələrinin alman faşizmindən azad edilməsində qəhrəmanlıq göstərib.

1943-cü ildə Breanskidə gedən qanlı savaşlarda bütün döyüşçü yoldaşlarını itirən Əlixan Əliev ağır yaralansa da yaxınlıqdakı çayda suyun altı ilə üzərək sahilin o tayına keçir və sürünə-sürünə meşəliyə girir. Meşəlikdə isə bir neçə gün huşsuz vəziyyətdə qalır.

Əraziyə gələn həkimlər onu huşsuz vəziyyətdə tapsalar da, sağ olduğunu görüb onu arxa cəbhəyə göndərirlər.

Bir müddət Moskvada və digər şəhərlərdə müalicə alan Əlixan Əliyev tam sağalır.

Buna baxmayaraq, ailəsinə onun həlak olması barəsində qara kağız göndərilir.

1944-cü ildə tərxis olunan Əlixan Əliyev, müxtəlif hərbi hissələrin mağazalarında ticarətlə məşğul olur. Bu sahə üzrə ali təhsil almağı belə unutmur.

Nəhayət, ötən əsrin 60-cı illərinin əvvəlində Neftçala şəhərinə gələrək birdəfəlik burada yaşamağa qərar verir.

1980-ci ildə isə döyüşdüyü Breanski rayonuna yollanır. Breanskidə qardaşlıq məzarını ziyarət edərkən, orada adını görərək sarsılır.

Bu siyahada adını görən Əlixan Əliyev Breanski rayon partiya komitəsinə gələrək sağ olduğunu bildirir.

Sonralar Əlixan Əliyev hər il döyüşdüyü Breanskiyə gedir və oranın fəxri vətəndaşı adını qazanır.

İndi 100-ə yaxın törəməsi olan 94 yaşlı Əlixan Əliyev, tək yaşadığı evini muzeyə çevirib. Bura gələn gənclərimizə 2-ci dünya savaşından keçdiyi döyüş yollarından danışır.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə