Adil Vəliyev Sabunçudakı dəmiryol vağzalını suda “boğur”… – FOTOLAR
Adil Vəliyev Sabunçudakı dəmiryol vağzalını suda “boğur”…  – FOTOLAR
18 Oktyabr 2016 / 16:30 / Baxış sayı: 1642
Font1 Font2 Font3 Font4
Bizimxeber

Son günlər yağan aramsız yağışlar Sabunçu rayon, Dəmir Yol Vağzalının (Stansiya Sabunçu) qarşısında böyük bir göl yaradıb. Sakinlərin və ərazidə yerləşən maqazin sahiblərinin Bizimxeber.az verdiyi məlumata görə, yağan yağış suları avtobusların, şəxsi nəqliyyat vasitələrinin və insanların hərəkətinə ciddi problemlər yaradıb.

Bu ərazidə yerləşən ticarət obyektləri 3-gündür ki işləmir və demək olar ki, hamısı su icərindədir. Ərazidən çəkilmiş fotolardan da aydın görünür ki, sürücülər və piyadalar yaranmış problemin qarşısında aciz qalıblar. Bütün bunların fonunda rayon icra hakimiyyəti başçısı Adil Vəliyev, ərazi icra nümayəndəsi, ərazi üzrə yol idarəsinin rəhbərliyi heç bir tədbir görmür.

Axıb getməyə heç bir yeri olmayan bu suyun nə zamana kimi burada qalması da müəmmalıdır. Sakinlər bilririr ki, problemlə bağlı aidiyyatı qurumlara məlumat versələr də, ümumuyyətlə maraqlanan olmayıb.

Fotoları sizə təqdim edirik…

 

Bizimxeber.az20161017_103713 20161017_103531 20161017_103353 20161017_103119 20161017_104637 20161017_130442



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə