Adanada partlayış-2 ölü, 16 yaralı -Yenilənib
Adanada partlayış-2 ölü, 16 yaralı -Yenilənib
24 Noyabr 2016 / 10:48 / Baxış sayı: 730
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az-ın verdiyi məlumata görə, Adana Valiliyinin binasında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

NTV-nin verdiyi xəbərə görə, bu barədə Adana valisi bildirib. İnzibati binanın avtomobil dayanacağında partlayış törədilib. Xeyli sayda maşın yanıb, yaxınlıqdakı evlərə ziyan dəyib.

***

09:21

Türkiyənin Adana vilayətində partlayış baş verib. DHA-nın verdiyi xəbərə görə, partlayış Adana şəhərində, vilayət valiliyinin inzibati binasında qeydə alınıb. İlkin ehtimala görə, partlayış valiliyin avtomobil dayanacağında olub. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisənin terror aktı olduğu ehtimalı var. İlkin məlumatlara görə, 1-i ağır olmaqla 5 nəfər yaralanıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə