Adana bələdiyyə sədri FETÖ dövlət çevrilişində günahlandırılır
Adana bələdiyyə sədri FETÖ dövlət çevrilişində günahlandırılır
02 Avqust 2016 / 14:17 / Baxış sayı: 512
Font1 Font2 Font3 Font4
Bizimxeber

Adana şəhərində Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan bələdiyyə sədri saxlanılıb.

“Report” “Doğan”a istinadən xəbər verir ki, Pozantı rayon bələdiyyəsinin sədri Mustafa Çay Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində ötən gecə qardaşı Nurəddin Çay ilə birlikdə evində həbs olunub.

Məlumata görə, Pozantı Rayon Polis Şöbəsinə aparılan qardaşların istintaqı davam etdirilir.

Qeyd edək ki, M.Çay iki gün əvvəl oğluna toy edib və dövlət çevrilişi cəhdindən sonra Pozantı rayonunda keçirilən demokratiya mitinqlərinə qatılaraq dəstək verib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə