Açıq-saçıq fotolara görə ANS-dən uzaqlaşdırılan Umka efirə qayıdır
Açıq-saçıq fotolara görə ANS-dən uzaqlaşdırılan Umka efirə qayıdır
21 Noyabr 2016 / 16:35 / Baxış sayı: 1894
Font1 Font2 Font3 Font4
Bizimxeber

3 ildən çoxdur televiziyadan uzaq düşən teleaparıcı Umka Hacıyeva yenidən aparıcığıla başlayır.

Bizimxeber.az xəbər verir ki, publika.az-a açıqlama verən U.Hacıyeva bu qərarı vermək üçün xeyli düşündüyünü bildirib:

“3 ildir ki, sevərək çalışdığım sahədən kənarlaşmışdım. Hər kəsdən uzaq olmaq istəyirdim. Bu illər ərzində bütün sosial şəbəkələrdən də yox olmuşdum. Bütün vaxtımı təhsilimə yönəltmişdim. Ali məktəbimi bitirdim. Diplomumu uğurla müdafiə etdim. İngilis dilimi demək olar ki, mükəmməlləşdirmişəm. Televiziyaya qayıtmağım isə dostumun məsləhəti ilə oldu. Əvvəl razılaşmadım. Sakit həyata alışmışam. Televiziya elə sahədir ki, orada sakitçilik yoxdur. Bilən də, bilməyən də haqqında nə gəldi danışır. Elə şaiyələr uydururlar ki, Hollivud ssenaristləri belə mat qalar. Amma dostum saqqızımı oğurlamağı bacardı və mən razılıq verdim. Tezliklə layihəm haqda geniş məlumat verəcəyəm”.

Qeyd edək ki, Umka Hacıyeva ANS telekanalında bir neçə veriliş aparmaqla yanaşı, bir sıra seriallarda da aktrisalıq edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə