Abşeron icra başçısı rayon təhsilindən milyonlar qazanır
Abşeron icra başçısı rayon təhsilindən milyonlar qazanır
05 Oktyabr 2016 / 16:35 / Baxış sayı: 1996
Font1 Font2 Font3 Font4
Bizimxeber

Təhsil naziri Mikayıl Cabbarovun verdiyi əmrlər rayon icra başçıları tərəfindən qəbul edilmir. İcra başçıları rayon təhsil şöbələrinin müdirlərinə konkret tələblər qoyur. Bizimxeber.az-a daxil olan məlumata görə, Abşeron rayon icra başçısı İradə Gülməmmədova imtahandan keçərək nazir Mikayıl Cabbarovun əmri ilə məktəb direktoru təyin edilən adamları öz vəzifəsini icra etməyə imkan vermir.

Yeni təyin olunan direktorlar vəzifəsinin icrasına başlamaq üçün  icra başçısına 20-30 min manat şirinlik göndərməlidir. Əks təqdirdə, əmrlərinə yaxın duran, onları məktəblərə təqdim edən olmayacaq. 

Redaksiyaya daxil olan məlumata görə, Abşeron təhsil şöbəsinin direktoru icra başçısı xanım İradə Gülməmmədovanın ən yaxın adamıdır. Elə buna görə də, icra başçısından lazımı dəstək alan şöbə müdiri bütün məktəb direktorlarına konkret tapşırıqlar verib.

Belə ki, rayonda təxminən 50-yə yaxın məktəb və təhsil ocagı var. Bütün məktəb direktorları adi xadimənin sayını kifayət qədər azaldıb. Daha dogrusu, hər məktəbdə azı 10 “ölü canlar” saxlanılır. 10-dan artıq xadimənin adı ştat cədvəlində qeyd olunsa da özləri işə gəlmir və onlara aid olan işi digər xadimələr görür.

Əmək haqqları isə direktor tərəfindən toplanır, rayon təhsil şöbə müdirinə göndərilir. Daha sonra pullar icra başçısına çatdırılır. Hər xadimə 3-5 sinifin təmizliyinə nəzarət etməli olduğu halda 10 sinifi təmizləməyə məcbur edilir. Narazı xadimələr isə işdən uzaqlasdırılır.

Məlumata görə, bir məktəbdən təkcə xadimə “ölü canların” əmək haqqı 8-10 min manat edir. Əgər Abşeron rayonda 50 məktəb varsa və hər məktəbdən təkcə adı olub özü olmayan xadimələrin əmək haqqlarını toplasaq bu boyük rəqəm edir. Elə buna görə də, İradə Gülməmmədova hər ayın sonunu səbirsizliklə gözləyir…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə