ABŞ şirkəti Azərbaycanda exit-poll keçirir
ABŞ şirkəti Azərbaycanda exit-poll keçirir
26 Sentyabr 2016 / 11:37 / Baxış sayı: 1274
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın “Artur J.Finkelsteinand Associates” (AJF) şirkəti və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Azərbaycandakı ümumxalq səsverməsində (referendum) “exit-poll” keçirir.

Səhər saat 08.00-dan etibarən Bakıda AJF-in informasiya mərkəzi işə başlayıb.

Ölkənin hər yerindən “exit-poll”un nəticələri bu mərkəzə daxil olacaq. Prosesə 930 işçi cəlb olunub. Şirkət ölkə üzrə 100 dairə, 450 məntəqədə “exit-poll” keçirir.

Məlumatlar hər 3 saatdan bir informasiya mərkəzinə daxil olacaq.

AJF “exit-poll”un yekun nəticələrini saat 20.00-da açıqlayacaq.

Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə