bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

ABŞ səfirliyi azərbaycanlılara saxtakarlıqla bağlı xəbərdarlıq etdi

757 oxunma | Tarix: | 1 həftə öncə

ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi “Qrin kart” viza lotereyası ilə əlaqədar mümkün saxtakarlıq halları barədə xəbərdarlıq edib. Son vaxtlar bu proqramın ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb. 

Qeyd olunur ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri “Qrin kart” proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.

XƏBƏRLƏR:  İlham Əliyev: "Heç kimə sirr deyil ki, Putinlə dost münasibətlərimiz var"

“Bu cür şəxslər viza lotereyası proqramında iştirak üçün sizdən şəxsi məlumatlarınızı verməyinizi istəyə bilərlər. Bu təşkilatlar sizin maraqlarınızı təmin etmir”, – səfirlikdən verilən açıqlamada bildirilir.

Bundan əlavə, səfirlikdən  növbəti dəfə vurğulanıb ki, ABŞ səfirliyi özlərini “Greencard” adlandıran heç bir yerli təşkilatla çalışmır və ya onları dəstəkləmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir