ABŞ seçkiləri: Tramp prezidentliyin bir addımlığında
ABŞ seçkiləri: Tramp prezidentliyin bir addımlığında
09 Noyabr 2016 / 11:09 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı vaxtı ilə saat 10:39-a olan məlumata görə, ABŞ prezidentinin seçkilərində respublikaçı Donald Tramp irəlidədir. Hələlik bütün səslərin 82,22%-i hesablanıb. 

Əsas seçicilərin say nisbətinə görə, Tramp 264:215 öndədir. Prezident seçilmək üçün 270 əsas seçicinin səsini qazanmaq kifayətdir. Ümumilikdə, ölkə üzrə 538 əsas seçici səs verir. Əhalinin səsverməsinin nəticələrinə görə, Tramp 55,5 milyon, Klinton isə 54,3 milyon amerikalının səsini toplaya bilib. Səsvermənin nəticələrinin hesablanması davam edir.

* * *
10:26

ABŞ ərazisində son seçki məntəqələri bağlanıb. Virtualaz.org xəbər verir ki. Bakı vaxtı ilə saat 10:00-da Alyaska ştatında səsvermə başa çatıb. Bundan bir saat öncə ABŞ-ın materik hissəsində səsvermə bitmişdi. Xatırladaq ki, səsvermədə hələ də 244:215 Donald Tramp öndədir.

***
10:21

ABŞ-da prezident seçkilərinin nəticələri açıqlanır və Donald Tramp prezidentliyin bir addımlığındadır. Virtualaz.org xəbər verir ki. sosial şəbəkələrdə Hillari Klintonun seçki qərargahındakı ab-havanı və seçki qərargahının üzvlərinin göz yaşlarını əks etdirən fotoşəkillər paylaşılır. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

*   *   *09:25

Son məlumatlara görə ABŞ-dakı prezident seçkilərində səslərin 74 faizə yaxını sayılıb və respublikaçı Donald Tramp seçicilər kollegiyasının üzvlərinin 254-nün səsini qazanıb. Hillari Klinton isə hazırda 209 kollegiya üzvünün səsinə ümid edə bilər.

Səslərin qalan hissəsinin sayılmasının Trampın qalib gəlmək şansına təsir etməyəcəyi görünür. Artıq Trampın qərargahı onun qələbəsini qeyd etməyə hazırlaşır. Qərargahda böyük hərəkətlilik var, Trampın qələbə çıxışını edəcəyi tribuna hazırlanır, onun çoxsaylı tərəfdarları qərargahın qarşısına toplaşıb.

Hillari Klintonun seçki qərargahında isə kədərli sükut hökm sürür.

*   *   *08:51

FOX News telekanalının son dəqiqə məlumatlarına görə Donald Tramp artıq seçicilər kollegiyasının 259 üzvünün dəstəyini təmin edib.

Beləliklə, onun qələbəsini elan etməsi üçün cəmi 11 kollegiya üzvünün səsini qazanması kifayətdir. Bu dəqiqəyə olan məlumatlar Donald Trampın qələbəsinə heç bir şübhə yeri qoymur.

Hillari Klintonun səsləri isə hələ 209-da qalır.

*   *   *08:45

ABŞ-da prezident seçkilərinin ilkin nəticələrinə əsasən Donald Trampın irəlidə olması xəbərləri neftin ucuzlaşmasına səbəb olub.

Virtualaz.org xəbər verir ki, London birjasında hərrac başlayan kimi “Brent” markalı neft 2 faizdən çox ucuzlaşıb və 45 dolların aşağısına enib. WTI markalı neft isə 3 faizdən çox ucuzlaşıb, 43.6 dollara enib.

Habelə Trampın seçkilərdə uğur qazanması Meksika milli valyutası pesonu da çökdürüb. Belə ki, peso bir gündə 10 faizdən çox dəyər itirərək son 10 ildə ən kəskin ucuzlaşıb. Hazırda 1 ABŞ dolları təqribən 20 pesodur.

Xatırldaq ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-dakı milyonlarla meksikalı qeyri-leqal mühaciri geri göndərəcəyini və Meksika ilə sərhədə hasar çəkdirəyəcəyini vəd edib.

*   *   *08:35

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 08:34-ə olan məlumata görə, ABŞ prezidentinin seçkilərində respublikaçı Domald Tramp irəlidədir.

Hələlik bütün səslərin 65,95%-i hesablanıb.

Əsas seçicilərin say nisbətinə görə, Tramp 216:209 öndədir. Prezident seçilmək üçün 270 əsas seçicinin səsini qazanmaq kifayətdir. Ümumilikdə, ölkə üzrə 538 əsas seçici səs verir.

Əhalinin səsverməsinin nəticələrinə görə, Tramp 47 milyon, Klinton isə 45 milyon amerikalının səsini toplaya bilib.

Səsvermənin nəticələrinin hesablanması davam edir.

*   *   *08:21

Virtualaz.org xəbər verir ki, prezident seçkiləri kampaniyasında birmənalı olaraq Hillari Klintonu dəstəkləyən “The New York Times” qəzeti respublikaçı Donald Trampın seçkilərdə qalib gəlmək şansının 95 faiz olduğunu bildirir. Qəzet səsvermənin ilkin nəticələrindən çıxış edərək belə yazır.

*   *   *08:20

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 08:19-a olan məlumata görə, ABŞ prezidentinin seçkilərində respublikaçı Domald Tramp irəlidədir.

Hələlik bütün səslərin 61,37%-i hesablanıb.

Əsas seçicilərin say nisbətinə görə, Tramp 216:197 öndədir. Prezident seçilmək üçün 270 əsas seçicinin səsini qazanmaq kifayətdir. Ümumilikdə, ölkə üzrə 538 əsas seçici səs verir.

Əhalinin səsverməsinin nəticələrinə görə, Tramp 43,5 milyon, Klinton isə 41 milyon amerikalının səsini toplaya bilib.

Səsvermənin nəticələrinin hesablanması davam edir.

*   *   *08:07

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 08:05-ə olan məlumata görə, ABŞ prezidentinin seçkilərində respublikaçı Domald Tramp böyük fərqlə irəlidədir.

Hələlik bütün səslərin 56,39%-i hesablanıb.

Əsas seçicilərin say nisbətinə görə, Tramp 201:190 öndədir. Prezident seçilmək üçün 270 əsas seçicinin səsini qazanmaq kifayətdir. Ümumilikdə, ölkə üzrə 538 əsas seçici səs verir.

Əhalinin səsverməsinin nəticələrinə görə, Tramp 40,5 milyon, Klinton isə 38 milyon amerikalının səsini toplaya bilib.

Səsvermənin nəticələrinin hesablanması davam edir.

*   *   *07:57

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 07:55-ə olan məlumata görə, ABŞ prezidentinin seçkilərində respublikaçı Domald Tramp böyük fərqlə irəlidədir.

Hələlik bütün səslərin 53,49%-i hesablanıb.

Əsas seçicilərin say nisbətinə görə, Tramp 197:131 öndədir. Prezident seçilmək üçün 270 əsas seçicinin səsini qazanmaq kifayətdir. Ümumilikdə, ölkə üzrə 538 əsas seçici səs verir.

Əhalinin səsverməsinin nəticələrinə görə, Tramp 39 milyon, Klinton isə 37 milyon amerikalının səsini toplaya bilib.

Səsvermənin nəticələrinin hesablanması davam edir.

*  *   *07:51

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 07:45-ə olan məlumata görə, ABŞ prezidentinin seçkilərində respublikaçı Domald Tramp böyük fərqlə irəlidədir.

Hələlik bütün səslərin 51,39%-i hesablanıb.

Əsas seçicilərin (Amerikada əhalinin səsverməsinə müvafiq olaraq, hər bir ştatda müəyyən sayda əsas seçicilərin səsləri hesablanır) say nisbətinə görə, Tramp 168:131 öndədir. Prezident seçilmək üçün 270 əsas seçicinin səsini qazanmaq kifayətdir. Ümumilikdə, ölkə üzrə 538 əsas seçici səs verir.

Əhalinin səsverməsinin nəticələrinə görə, Tramp 38 milyon, Klinton isə 36 milyon amerikalının səsini toplaya bilib.

Səsvermənin nəticələrinin hesablanması davam edir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə