ABŞ səfirliyində partlayış MYANMADA AJİOTAJ YAŞANDI,YENİLƏNİB
ABŞ səfirliyində partlayış MYANMADA AJİOTAJ YAŞANDI,YENİLƏNİB
25 İyul 2016 / 9:55 / Baxış sayı: 504
Font1 Font2 Font3 Font4
Bizimxeber

Myanmanın ən böyük şəhəri Yangonda ABŞ səfirliyinin keçirdiyi təhlükəsizlik təlimləri media arasında həyəcan yaradıb.

Bizimxeber.az-ın lenta.ru-ya istinadən məlumatına görə, əvvəlcə Burmans televiziyası ABŞ səfirliyinin ərazisində partlayış baş vediyi və səmaya tüstü dumanı qalxdığı barədə məlumat yayıb. Yangonda çalışan bir sıra jurnalistlər ABŞ səfirliyindən bu məlumatı dəqiqləşdirmək istəyiblər. Lakin səfirliyin əməkdaşları onların suallarına cavab verməkdən imtina edib.

Daha sonra səfirlik özü rəsmi məlumat yayıb və bildirib ki, səfirliyin ərazisində təhlükəsizlik tədbirləri keçirilib və bu zaman içərisində bibər qazı olan qumbara partladılıb.

Heç kim xəsarət almayıb. Təlim barədə polisə əvvəlcədən məlumat verilib.

*   *   *20:15

Myanmanın keçmiş paytaxtı Yangonda- Amerika Birləşmiş Ştatlarının səfirliyində partlayış baş verib.

Virtualaz.org bildirir ki, məlumatı Sinxua agentliyi yayıb.

Hadisənin təfərrüatları açıqlanmır.

Diplomatik missiyasının rəsmi internet səhifəsində də məlumat hələ təsdiqlənməyib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə