ABŞ “Qiyamət təyyarəsi”ni havaya qaldırdı – Nə baş verir?
ABŞ “Qiyamət təyyarəsi”ni havaya qaldırdı – Nə baş verir?
23 Noyabr 2016 / 11:58 / Baxış sayı: 692
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən çərşənbə ABŞ-ın San Dieqo şəhərində görünən naməlum təyyarə ölkə mediasını silkələyib Axar.az xəbər verir ki, üzərində heç bir şirkət adı və ya hərbi məlumat olmayan bu təyyarə haqqında ABŞ mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələr başlayıb.

Pentaqon keçirilən uçuş barədə rəsmi məlumat yaymalı olub. “Qiyamət təyyarəsi” adlanan qırıcının San Dieqodan sonra Sakit okean və Denver şəhəri üzərində uçuş keçirdiyi təsdiqlənib. 1 saatdan artıq davam edən uçuşdan sonra təyyarə Oklahomadakı hərbi bazaya qayıdıb. Nazirlik təyyarənin hansı məqsədlə uçuş keçirdiyini açıqlamayıb.
Qeyd edək ki, sözügedən qırıcı ABŞ Həri Hava Qüvvələrində “Qiyamət təyyarəsi” adı ilə məşhurdur. 141 milyon dollar dəyəri olan bu super qırıcı həm də nüvə silahı ilə təchiz olunub. Hazırda ABŞ Hərbi Hava Qüvvələrində 16 ədəd “Qiyamət təyyarəsi” var. Yerli mətbuat bu hadisəni Trampın prezident seçilməsi ilə əlaqələndirsə də, bəziləri “Qiyamət təyyarəsi” ilə Putinə göz dağı vermək fikrini irəli sürüb.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə