ABŞ nüvə zərbəsi ilə məhv ediləcək – TƏHDİD
ABŞ nüvə zərbəsi ilə məhv ediləcək – TƏHDİD
22 Avqust 2016 / 12:29 / Baxış sayı: 516
Font1 Font2 Font3 Font4
Bizimxeber

Koreya Xalq Demokratik Respublikası “Ulji Freedom Guardian” təlimlərində iştirak edən ABŞ və Cənubi Koreyanın hərbi güclərinə qabaqlayıcı nüvə zərbəsini vurmağa hazırdır.

Bu haqda Koreya xalq ordusunun Baş Qərargahından deyilib.

Baş Qərargah vurğulayıb ki, Amerika imperialistləri və Cənubi Koreya kukla rejiminin hərəkətləri nüvə müharibəsinin alışdırılmasına yönəlib.

Hərbçilər əlavə ediblər ki, Koreya Xalq Demokratik Respublikası təcavüzün və müharibənin bütün qalalarını dağıtmaq, Koreyanın cənub yarısını azad etmək üçün tarixi şansdan istifadə etməyə hazırdır.

Qeyd edək ki, analoji bəyanat bir həftə öncə – 14 avqustda da verilib. Pxenyan Birləşmiş Ştatlara nüvə zərbəsini vurmağa hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, bu ilin 6 yanvarında Şimali Koreya nüvə sınağını keçirib. Pxenyan bir ay sonra – 7 fevralda BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq süni peyklə raket-daşıyıcını buraxıb. BMT Təhlükəsizlik Şurası cavab olaraq Pxenyana qarşı sanksiyaları sərtləşdirib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə