ABŞ-ın vitse-prezidenti Türkiyəyə nə üçün gəlir?
ABŞ-ın vitse-prezidenti Türkiyəyə nə üçün gəlir?
23 Avqust 2016 / 10:55 / Baxış sayı: 542
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ prezidentinin müavini Co Baydenin Türkiyəyə səfər proqramı açıqlanıb.

“Report” xəbər verir ki, Ankaranın Esenboğa hava limanına enəndən sonra Co Bayden Türkiyə Böyük Millət Məclisinə (TBMM) gedərək, parlamentin sədri İsmail Kahramanla mediaya qapalı görüş keçirəcək.

Görüşdən sonra iyulun 15-də dövlət çevirilişinə cəhd gecəsi bombalanan TBMM-in binasını gəzəcək.

Co Bayden nahardan sonra Türkiyənin baş naziri Binəli Yıldırımla Çankaya iqamətgahında təkbətək görüş keçirəcək. Görüşdən sonra onlar mətbuat üçün açıqlama verəcəklər.

Səfərinin sonunda onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək. Prezident iqamətgahında Türkiyə lideri amerikalı qonaqla təkbətək görüş keçirəcək. Media üçün qapalı keçiriləcək bu görüş başlamazdan əvvəl KİV təmsilçilərinin foto çəkməsinə icazə veriləcək.

Qeyd edək ki, Co Bayden avqustun 24-də Türkiyəyə səfər edəcək. Elə həmin gün axşam saatlarında onun səfəri başa çatacaq.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə