ABŞ-ın vitse-prezidenti Türkiyəyə gəldi
ABŞ-ın vitse-prezidenti Türkiyəyə gəldi
24 Avqust 2016 / 13:15 / Baxış sayı: 714
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə səfəri başlayıb.

“Haberturk” xəbər verir ki, Ankara Esenboğa hava limanında onu Türkiyənin ABŞ-dakı səfiri Serder Kılıc və ştatların Türkiyədəki səfiri Con Bass qarşılayıb.

Xatırladaq ki, Ankaranın Esenboğa hava limanına enəndən sonra Co Bayden Türkiyə Böyük Millət Məclisinə (TBMM) gedərək, parlamentin sədri İsmail Kahramanla mediaya qapalı görüş keçirəcək. Görüşdən sonra iyulun 15-də dövlət çevirilişinə cəhd gecəsi bombalanan TBMM-in binasını gəzəcək.

Co Bayden nahardan sonra Türkiyənin baş naziri Binəli Yıldırımla Çankaya iqamətgahında təkbətək görüş keçirəcək. Görüşdən sonra onlar mətbuat üçün açıqlama verəcək.

Prezident iqamətgahında Türkiyə lideri amerikalı qonaqla təkbətək görüş keçirəcək. Media üçün qapalı keçiriləcək bu görüş başlamazdan əvvəl KİV təmsilçilərinin foto çəkməsinə icazə veriləcək.

Qeyd edək ki, avqustun 24-də axşam saatlarında Co Baydenin səfəri başa çatacaq.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə